Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Evdə hazırlanan mürəbbələrin düzgün saxlanmaması onların daha tez xarab olmasına səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, dietoloq Yelena Solomatina lenta.ru-ya açıqlamasında evdə hazırlanan konservlərin və mürəbbələrin saxlanması ilə bağlı məsləhətlər verib.
Mütəxəssis mürəbbələri böyük, xüsusilə üç litrlik bankalarda saxlamağı tövsiyə etməyib. Onun sözlərinə görə, böyük qab açıldıqdan sonra məhsul uzun müddət istifadə oluna və nəticədə xarab ola bilər.
Dietoloq konservləşdirmə zamanı daha kiçik bankalardan istifadə etməyi məsləhət görüb. Açılmış və ya hazırlanmış mürəbbələrin isə soyuducuda, sərin və qaranlıq yerdə saxlanmasının daha məqsədəuyğun olduğunu bildirib.
Solomatina qeyd edib ki, mülayim şaxtalar zamanı mürəbbə qısa müddətlik balkonda da saxlanıla bilər. Otaq temperaturunda saxlanılacaq mürəbbə üçün isə günəş işığı düşməyən yer seçilməlidir.
Aytəkin TOFİQQIZI