Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nəsib Məhəməliyev: "Səmimi etiraf etməliyəm ki, kitab oxumaq enerjim əvvəlki kimi deyil"Yeni mövsümdən yeni layihəyə start veririk.
Newscenter.az və Ulusal.az saytları olaraq "İşdən sonra" layihəsi çərçivəsində ölkənin tanınmış ictimai-siyasi xadimləri, millət vəkilləri, bir sözlə müxtəlif peşə sahibləri görüşüb söhbətləşməyi nəzərdə tutmuşuq.
Bu çərçivədə ilk qonağımız Milli Məclisin deputatı Nəsib Məhəməliyevdir.-Nəsib müəllim, redaksiyamızın “İşdən sonra” adlı layihəsi çərçivəsində ilk olaraq sualımız bundan ibarətdir ki, işdən sonra adətən nə ilə məşğul olur, hara üz tutursunuz?-Rəsmi və yaxud geyri-rəsmi görüşlər, qəbullar, televiziya çıxışları, toylar, ailə tədbirləri və s.
nəzərdə tutulmayıbsa, adətən işdən sonra evə gedirəm. İdmanla məşğul oluram, təxminən 1 saat yarım piyada gəzirəm.
Həftədə iki-üç dəfə üzgüçülüklə məşğul oluram.-Gündəlik iş rejimi Sizi çoxmu yorur?-Fiziki baxımdan yorulmuram.
Biz cəmiyyətin tərkib hissəsiyik. Hər yerdə olduğu kimi, bizdə də müəyyən problemlər, əsəbi hallar olur.
Müasir dövrün meqapolislərinə xas tıxaclar, ictimai-davranış qaydalarını kobud şəkildə pozan, ətraf mühiti çirkləndirən vətəndaşlarımızın bəzi hərəkətləri qıcıqlandırır.