Evdə meyvə doğrayırdı, boğazından bıçaq xəsarəti aldı

18.11.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəranda yeniyetmə boğaz nahiyəsindən bıçaq xəsarəti alıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Darquba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü F.A. boğaz nahiyəsindən kəsici-deşici alətlə xəsarət alıb.

O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona boyun nahiyəsinin açıq yarası diaqnozu qoyub və zəruri ilkin tibbi yardım göstəriblər.

İlkin məlumata görə, yeniyetmə evdə uzanmış vəziyyətdə bıçaqla meyvə doğrayırmış. Bu zaman ehtiyatsızlıqdan əlindəki bıçaqla boğaz nahiyəsindən xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью