Evdə partlayış olub, xəsarət alanlar var VİDEO

06.11.2026

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Fərdi yaşayış evində güclü partlayış olub, ər və arvad ağır yanıq xəsarətləri alıb.

AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, hadisə Abşeron rayonunun Fatmayı kəndində baş verib.

Dərhal əraziyə polis və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə nəticəsində ağır xəsarətlər alan 75 yaşlı Ağəmməd Məmmədov və həyat yoldaşı,70 yaşlı Tamamgül Qurbanova xəstəxanaya yerləşdiriliblər.

Partlayış nəticəsində xəsarət alan Ağəmməd Məmmədovun hazırda vəziyyətinin ağır olduğu bildirilir.

İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью