Icma.az, Yenigundem saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Gənclik Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında romantik komediya janrında olan “Evdə qalmış 2” Azərbaycan filminin Qala gecəsi baş tutub.
”Yeni Gundem” xəbər verir ki, tədbirdə tanınmış şəxslər, ictimai xadimlər, jurnalistlər və blogerlər iştirak ediblər.
Qonaqlar və tamaşaçılar şəkil çəkdirmək, aktyorlar və çəkiliş heyəti ilə ünsiyyət qurmaq, yaddaqalan selfilər çəkdirmək imkanı əldə ediblər.
Filmin quruluşçu rejissoru və baş prodüseri Valeh Əhmədovdur.
Ssenari müəllifləri: Valeh Əhmədov, Failə Nəbiyeva, Könül Ələsova, Türkan Mehtiyeva. Quruluşçu operator: Babək Pourfard.
Rollarda Azərbaycan Respublikasının xalq artisti Həmidə Ömərova və Fatma Mahmudova, Azərbaycan Respublikasının əməkdar artisti Sənubər İsgəndərli və Mehriban Xanlarova, Şəhriyar Əbilov, Kəmalə Piriyeva, Kənan Yusifov, Sanura Cəfərova, Nigar Alibek, Elçin Məmmədli, Rüstəm Rüstəmli.
Film haqqında qısa məlumat: 5 ildir uşaqları olmayan Ruslanla Sevda “A bala, bir şey mirşey var?” sualından qaçmaq istəsələr də yoldan keçən hər kəs bu sualı onlara verir.