Evdə saxlanmamalı əşyalar İlk fürsətdə atın!

13.11.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Bəzən illərin xatirəsi, bəzən də sadəcə əlimiz gəlmədiyindən bəzi əşyaları ata bilmirik. Ona görə də evdə yığılıb qalır, həm yer tutur, həm də bəziləri öz köhnəliyi ilə ağırlıq gətirir. 
Onlardan çoxu pataloji olaraq mənfi enerji daşıdığına görə mümkün qədər tez evdən uzaqlaşdırılmalıdır. Lakin burda kiçik, eyni zamanda vacib nüans var: evdən çıxaranda zibilə atılmamalıdır, yoxsa tam əks bumeranq effekti yarada, ziyan verə bilər. Bəziləri yaxınlıqda axar çaya, bəziləri üzü küləyə havaya buraxılmalıdır. Ya da bir ağacın altına qoyun. 
Bizim.Media həmin əşyaların siyahısını təqdim edir:
1. Kənarı yeyilmiş, az da olsa çatlamış, şüşəsinə xal düşnüş güzgülər – taleyi mənfi yöndə dəyişə bilər;
2. Başqalarının əşyaları – öz həyatından çox, yadların, ən azından dost-tanışın qaydaları ilə yaşamaqdır;
3. Boş su şuşələri – yoxsullağa aparır;
4. Çatlaq qab-qacaq – enerjini düşürür, tükənmişlik yaradır;
5. Yeyilmiş, cırıq ayaqqabılar və corablar – qarşındakı uğur qapılarını bağlayır, yolu qapadır;
6. Köhnə təqvimlər – keçmişdən qopmağa imkan vermir;
7. Qurumuş çiçəklər – hüzursuzluq və xəstəliyə yol açır;
8. Dayanmış saat – bütün münasibətləri, planları yarıda qoya bilər. 
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью