Evdə siqaret çəkən kişi yanaraq öldü

31.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Xaçmazda yanğın zamanı xəsarət alan kişi ölüb.

Axar.az xəbər verir ki, ötən gün Susayqışlaq kənd sakini ,1969-cu il təvəllüdlü Əvəz Vəlizadə yaşadığı evdə yataq otağında uzanarkən çəkdiyi siqaret kötüklərini yerə atması səbəbindən yanğın baş verib.

Yanğın zamanı yanıq xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью