Evdə Tək filminin ulduzu ölümündən əvvəl 911 ə zəng vurub

31.01.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Evdə Tək" filmində Kevinin anasını canlandıran Kanada-Amerika aktrisası Ketrin O'Hara ölümündən əvvəl 911-ə zəng edib.

Ölkə.Az xəbər verir ki, bu barədə "E! News" Los-Anceles Yanğından Mühafizə İdarəsinin sözçüsünə istinadən bildirib.

O'Haranın 30 yanvarda ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi qeyd edilib.

Mənbə dəqiqləşdirib ki, səhər saat 4:48-də (yerli vaxtla) Ketrinin Los-Ancelesdəki evində yaşayan 70 yaşlı bir qadın təcili yardım xidmətlərinə zəng edib. O, xəstəxanaya aparılıb, lakin aktrisanı həyata qaytarmaq mümkün olmayıb.

Mərhum sənətçinin agentliyi olan "Creative Artists Agency"nin nümayəndələrinin sözlərinə görə, aktrisa qısa müddətli xəstəlikdən sonra dünyasını dəyişib. Ölümün rəsmi səbəbi hələ açıqlanmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью