“Evdə tək” franşizasının yeni filminin hazırlıqlarına başlandı

21.11.2026

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Disney şirkəti Makoley Kalkin, Set Rogen və Evan Qoldberqin iştirakı ilə “Evdə tək” filminin yeni hissəsinin hazırlanması üzərində ilkin mərhələdə işlərə başlayıb.

Kulis.az xəbər verir ki, “Variety” jurnalının məlumatına görə, orijinal filmin ulduzu Makoley Kalkin, Set Rogen və Evan Qoldberqlə birlikdə ssenari müəllifi kimi çıxış edəcək, sonuncu ikisi isə “Point Grey” şirkəti vasitəsilə layihəyə prodüserlik edəcək.

Süjet xətti və digər aktyorlar barədə təfərrüatlar hələlik gizli saxlanılır, Disney isə məsələyə şərh verməkdən imtina edib.

Qeyd edək ki, 1990-cı ildə ekranlara çıxan ilk filmdə Kevin Makkallister obrazını canlandıran Kalkinin franşizaya qayıdışı ilə bağlı şayiələr onun bu yaxınlarda “McDonald's”ın Milad reklamında həmin obrazda görünməsindən sonra yenidən güclənmişdi.

Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900 Tanınmış kataloniyalı yazıçı bu ilin "Servantes Mükafatı"nı qazandı Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью