“Evdə tək”in aktyoru öldü

27.08.2026

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərəli məşhur aktyor Tim Kurri 80 yaşında vəfat edib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, aktyor avqustun 25-də Los-Ancelesdəki evində dünyasını dəyişib. Bu barədə onun uzun illərdir meneceri və dostu olan Marcia Hurvitz məlumat yayıb. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Tim  daha çox “Evdə tək 2” filmindəki otel konsyerji "Hektor" obrazı ilə tanınırdı. O, həmçinin “It” ekran əsərində qorxunc "Pennyuayz" obrazını canlandırıb.

Aktyorun ən məşhur rollarından biri isə “The Rocky Horror Picture Show” filmindəki "Dr. Frank-N-Furter" obrazı olub. Bu rol ona dünya miqyasında böyük şöhrət qazandırıb.

Aktyor 2012-ci ildə ağır insult keçirib. Bundan sonra səhhətində ciddi problemlər yaranıb və o, əsasən səs aktyorluğu ilə fəaliyyətini davam etdirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью