Evdən işləyənlərə ÇAĞIRIŞ

07.09.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Evdən işləyən şəxslərin uzun müddət hərəkətsiz qalması müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. İdman təbabəti həkimi Maykl Frederikson evdən işləyən insanların diz və bel ağrısı ilə qarşılaşma ehtimalının daha yüksək olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, mütəxəssis “HuffPost”a uzaqdan işləməyin gözlənilməz yan təsirləri barədə danışıb.

Həkimin sözlərinə görə, evdən işləyən zaman insanlar kifayət qədər hərəkət etmir və saatlarla kompüter qarşısında vaxt keçirirlər. Bu isə zamanla kalça əzələlərinin qısalmasına və xroniki əzələ sərtliyinə səbəb ola bilər.

Frederikson qeyd edib ki, bu vəziyyət insanın yerişinin və duruşunun dəyişməsinə, nəticədə isə boyun və bel ağrılarına gətirib çıxara bilər. Səhv duruş dizlərə də əlavə yük verdiyi üçün həmin nahiyədə ağrılar yarana bilər.

Mütəxəssis bunun qarşısını almaq üçün müntəzəm fiziki aktivliyi tövsiyə edib. Onun sözlərinə görə, yalnız axşam saatlarında məşq etmək və ya həftəsonu fiziki fəaliyyətlə məşğul olmaq sağlam bədən quruluşunu qorumaq üçün kifayət deyil.

Həkim hər yarım saatdan bir beş dəqiqə ərzində iş masasından qalxaraq gəzməyi, müxtəlif hərəkətlər etməyi və ya sadəcə dartınmağı məsləhət görüb.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью