Evdən pul və qızıl zinət əşyaları oğurlayan qadın saxlanıldı

27.02.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Hacıqabul rayonu ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 2000 dollar pul və 10000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

"Unikal"ın məlumatına görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Muradova müəyyən olunaraq saxlanılıb. Ondan oğurluq yolu ilə əldə etdiyi əşyaların bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью