Evdən qızıl oğurlayan şəxs tutuldu

18.02.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birindən qızıl zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətə görə məhkum olunmuş 36 yaşlı Musa Hüseynov saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью