Evdən xeyli pul oğurlayan qadın tutuldu

28.10.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikası Babək rayonunda oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Babək RPİ-yə rayon ərazisində yerləşən yaşayış evlərinin birindən pul oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı Göyərçin Sadiqova müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla G.Sadiqovanın qanunsuz yolla evə daxil olaraq oradan 1500 manat pul, 700 ABŞ dolları oğurladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью