Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və noyabrın 16-sı saat 01 radələrində xəstəxanadan evə buraxılıb. O, xəstəxana binasını tərk edib həyətə doğru irəliləyərkən infarkt keçirərək vəfat edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.