Evə sərxoş gələn ərini danladı deyə döyüldü

03.08.2026

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Nəsimi rayonunda 32 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ağdam rayon sakini, 1994-cü il təvəllüdlü Nəriman həyat yoldaşı Sevinc (adlar şərtidir – red.) ilə mübahisə edib.
Məlum hadisə günü Nəriman evə gecə saatlarında sərxoş vəziyyətdə gəlib. Bununla bağlı qadın ərinə irad bildirib. Bu səbəbdən aralarında yaranan mübahisə zamanı 32 yaşlı kişi arvadını döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Nərimana qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəriman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını söyləyib. Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsin dediklərini təsdiq edib. O, həyat yoldaşı ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.
Fariz Məlikli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью