Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyada yaşayış evinə soxulan ayı təqaüdçü qadını öldürüb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gecə Krasnoyarsk vilayətinin Verxnıy Kebej kəndində baş verib.
Kəndin kənarındakı taxta hasarı qıran vəhşi daha sonra pəncərədən evə daxil olub. Divarlardakı caynaq izləri və cəsəddəki yaralar qadını ayının öldürməsi barədə fikir yürütməyə əsas verib. Hazırda kənd ətrafında heyvanın axtarışları davam edir.
Bu, gün ərzində ayılarla bağlı ikinci insidentdir. Səhər saatlarında Kamçatkadakı Palan qəsəbəsində ayı məktəb ərazisinə soxulub. Mühafizəçilər təlimata əsasən özünü qeyri-adekvat aparan heyvanı güllələyiblər.
Maraqlıdır ki, dünən başqa bir hadisə Buryatiyada da baş verib. Uda çayı sahilində yerləşən Kulsk kəndi yaxınlığında ayı 70 yaşlı kişiyə hücum edib. Yaşının çox olmasına baxmayaraq kişi ağaca dırmaşmaqla ayıdan canını qurtara bilib.
L.Tağıyeva