Evə soxulan ilan 2 nəfəri öldürdü

08.10.2025

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hindistanda evlərin birinə soxulan krayt ilanı 2 nəfəri sancıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə ötən bazar Maharaştra ştatının Dombivla rayonunda baş verib.

Dərhal xəstəxanaya çatdırılan 4 yaşlı qız və onun 24 yaşlı xalasına tibbi yardım göstərilib. Amma 2 gün sonra vəziyyətləri ağırlaşdığından daha səviyyəli xəstəxanaya göndəriliblər. Uşaq yolda, qadın isə xəstəxanada keçinib.

Qeyd edək ki, adi krayt və Burma kraytı (Bungarus magnimaculatus) kimi tanınan zəhərli ilan növü Hindistanda geniş yayılıb. Təxmini 1 metr uzunluğu olan bu ilanlar insanı sancığı təqdirdə vaxtında zərdab vurulmazsa, ölüm qaçılmazdır.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью