“Everest” fatehi ekranda

10.08.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Elmira Aslanovaya həsr olunmuş “Arzunun ar­dınca” filminin təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edənlər bildiriblər ki, “Arzunun ardın­ca” filmi təkcə bir qadın alpinistin uğurunu deyil, həm də Azərbaycan qadınının iradəsini və gücünü bir daha nümayiş etdirir. Filmin gənc nəsli, xüsusən də gənc idmançıları qələ­bəyə ruhlandırdığı qeyd edilib.

Film maraqla izlənilib və alqışlarla qarşılanıb. Sonda tədbir iştirakçıları uğurlu ekran əsərinə görə filmin rejisso­ru, ssenari müəllifi Arzu Urşan və qəhrəmanı Elmira Asla­novanı təbrik ediblər.

M.HACIXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью