Everestdə qar çovğunu: Min turist təcrid olunub

05.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Everest zirvəsinin şərq yamacında güclü qar yağması səbəbilə təxminən min nəfər təcrid vəziyyətinə düşüb.

Oxu.Az bu barədə "Sansyan duşibao" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, ötən günü Everestin şərq yamacında oktyabrın əvvəli üçün xarakterik olmayan son illərin ən güclü qar çovğunu başlayıb.

Qeyd olunub ki, qar örtüyünün dərinliyi xilasetmə əməliyyatını çətinləşdirir, turistlər isə aşağı enə bilmirlər, ərazidə görüntü məsafəsi bir metrdən aşağı enib.

Hal-hazırda yerli xilasetmə dəstələri, kənd sakinləri və peşəkar bələdçilər hadisə yerinə yollanıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью