Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Çelsi” İngiltərə Premyer Liqasının yeddinci turunda səfərdə “Everton”u 2:0 hesabı ilə məğlub edib. Görüş Liverpulun “Hill Dikinson” stadionunda keçirilib.
İdman.Biz xəbər verir ki, ilk hissədə hesab açılmayıb. Ən təhlükəli epizodlardan birini Moyses Kaysedo yaradıb: 40-cı dəqiqədə onun künc zərbəsindən sonra havadan vurduğu top dirəklə tirin birləşdiyi nöqtəyə dəyib.
46-cı dəqiqədə Pedru Netu Yorrel Hatonun yerlə ötürməsini qolla tamamlayıb.
Portuqaliyalı futbolçu 90-cı dəqiqədə cərimə zərbəsindən sonra blokdan qayıdan topu tora göndərərək dublunu rəsmiləşdirib.
Qonaqların qələbəsinə Emiliano Martinesin zədələnməsi kölgə salıb. İkinci hissədə “Çelsi”nin qapıçısı meydan sahiblərinin müdafiəçisi Carrad Brantueytlə toqquşub və oyunu davam etdirə bilməyib. Tibbi yardım göstərildikdən sonra argentinalı qolkiper meydandan xərəkdə çıxarılıb. Onu Mayk Penders əvəzləyib.
Londonlular qapıya zərbələrin ümumi sayında rəqibini üstələyib - 17:6. Topa nəzarət göstəricisi də qonaqların xeyrinə olub - 55,7 faizə qarşı 44,3 faiz. Gözlənilən qollar göstəricisində də “Çelsi”nin üstünlüyü nəzərəçarpan olub - 1,47-yə qarşı 0,46.
Bu qələbədən sonra “Çelsi” xalını 13-ə çatdırıb, “Everton”un hesabında isə 10 xal qalıb. Bu, meydan sahiblərinin cari Premyer Liqa mövsümündə ilk məğlubiyyəti olub. Onlar əvvəlki altı görüşdə iki qələbə qazanıb, dörd dəfə heç-heçə ediblər.