Fanat saytına istinadən Icma.az xəbər verir.
Müdafiənin sağ cinahında ciddi problemlər yaşayan "Everton" klubu həlli yolunu "Arsenal"ın təcrübəli oyunçusu Ben Vaytda görür.
Fanat.Az xəbər verir ki, "Everton" rəhbərliyi yanvar ayında müdafiəçini heyətinə qatmaq üçün rəsmi danışıqlara başlamağı planlaşdırır.
Lakin "Arsenal"ın mövsümün ortasında əsas heyət oyunçusundan ayrılmaq istəməməsi bu keçidi çətinləşdirən əsas amildir. Ben Vayt bu mövsüm Premyer Liqada cəmi 4 oyunda ilk 11-də meydana çıxsa da, Mikel Arteta onun komandadakı rolunu hələ də vacib sayır.
Futbolçunun əsas heyət uğrunda mübarizədə geri düşməsi "Everton" üçün transfer ümidlərini artıran yeganə məqamdır. Mersisayd təmsilçisi təcrübəli müdafiəçini razı salmaq üçün ona daimi oyun praktikası vəd edir.
Transferin reallaşması üçün "Everton"un kifayət qədər yüksək məbləğli təklif hazırladığı iddia olunur.
Kamil Xudiyev