Everton gənc yarımmüdafiəçi ilə güclənir

02.06.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqası təmsilçisi "Everton" yay transfer pəncərəsində orta xəttini gücləndirmək üçün hədəf aldığı futbolçunun transferində böyük üstünlük qazanıb.

Fanat.Az tanınmış insayder David Ornşteynə istinadən xəbər verir ki, Mersisayd klubu "Midlsbro"da çıxış edən Heyden Hekninin transferi üçün aparılan yarışda hazırda əsas favoritdir.

Gənc yarımmüdafiəçinin özünün də karyerasını məhz Mersisaydda davam etdirməyə isti yanaşdığı qeyd olunur.

Futbolçu ilə "Tottenhem" və "Kristal Pelas" klubları da yaxından maraqlanır və rəsmi danışıqları davam etdirirlər. "Mançester Yunayted" rəhbərliyinin də Hekninin oyununu bəyəndiyi bildirilsə də, cari mərhələdə bu keçidin reallaşma ehtimalı olduqca aşağı qiymətləndirilir.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью