Everton Liverpul oyunu təxirə salınıb

07.12.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasının XV turunda bu gün keçirilməsi planlaşdırılan "Everton" - "Liverpul" oyunu təxirə salınıb.

Bu barədə meydan sahiblərinin mətbuat xidməti məlumat yayıb.

Mersisayd derbisi əlverişsiz hava şəraiti səbəbindən başqa tarixdə təşkil olunacaq.

Qeyd edək ki, 14 matçdan sonra "Liverpul" 35 xalla liderdir. "Everton" 14 xalla 15-ci pillədə qərarlaşıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью