Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"Everton" qış "transfer pəncərəsi" dövründə "Mançester Yunayted"in hücumçusu Markus Reşfordu heyətinə qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, "Everton" 28 yaşlı ingilis futbolçu ilə bağlı artıq danışıqlara başlayıb. Hazırda müzakirələr hələ ilkin mərhələdədir. "Everton" oyunçunu transfer etmək üçün iki variantı nəzərdən keçirir: tam transfer və ya sonradan satınalma hüququ ilə icarəyə götürmək. Son nəticədə, bu keçid Reşfordun istəyindən asılı olacaq.
Qeyd edək ki, Reşford cari mövsümdə bütün turnirlərdə 8 oyuna çıxıb. Onun "Mançester Yunayted"lə müqaviləsi 2030-cu ilin yayına ayının qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.