“Everton” Qrilişə yenidən şans verməyə hazırdır

09.11.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Everton” Qrilişə yenidən şans verməyə hazırdır

“Everton” Cek Qrilişin icarə müqaviləsini vaxtından əvvəl dayandırmaq və onu “Mançester Siti”yə qaytarmaq niyyətində deyil.

QOL.az xəbər verir ki, bu barədə “TEAMtalk” nəşri məlumat yayıb.

31 yaşlı vinger komandanın son 4 oyununu buraxıb. O, ilk matçda xəstəliyi səbəbindən meydana çıxmayıb, sonrakı görüşlərdə isə intizam problemlərinə görə heyətə düşməyib. Buna baxmayaraq klub rəhbərliyi və baş məşqçi Devid Moyes futbolçuya güvənir. 

Bildirilir ki, ingiltərəli futbolçu beynəlxalq fasilə zamanı əsas komanda ilə məşqlərə qatılacaq. O, noyabrın 23-də “Brentford”la səfər matçında meydana çıxmağa ümid edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью