Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Arsenal”ın braziliyalı hücumçusu Qabriel Jesus karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, “Everton” 28 yaşlı forvardın transferi üçün hərəkətə keçib. Mersisayd təmsilçisi bu keçidə görə “Arsenal”a 30 milyon avro təklif etməyə hazırdır.
Qeyd edək ki, Qabriel Jesusun “topçular”la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. Hazırda futbolçu zədə səbəbindən meydana çıxa bilmir.