Evertonun yeni baş məşqçisi müəyyənləşib

11.01.2025

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərənin "Everton" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın "sükanı arxasına" yenidən Devid Moyes keçib.

Əvvəllər də Liverpul təmsilçisində çalışmış D.Moyes "Everton"un ən uğurlu məşqçilərindən hesab olunur. O, 2002-2013-cü illər aralığında komandanı 500-dən çox matça çıxarıb.

Qeyd edək ki, mütəxəssis bir neçə gün öncə klubdan ayrılan Şon Dayçı əvəzləyib. "Everton" hazırda Premyer Liqanın turnir cədvəlində 17 xalla 16-cı pillədədir.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью