Əvəz Zeynallı xərçəngə tutulub

13.04.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Xural” Media Qrupunun rəhbəri, hazırda  həbsdə olan Əvəz Zeynallı xərçəngə tutulub.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə onun həyat yoldaşı  Məlahət Zeynallı öz “Facebook” səhifəsində yazıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Ombudsman Səbinə Əliyevaya, hüquq müdafiəçilərinə, siyasi partiya liderlərinə müraciət edib. 

M.Zeynallı bildirib ki, həyat yoldaşı təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, ondan “biopsi” götürüblər. Nəticəsi bayramdan sonra bəlli olub. Məlum olub ki, Ə.Zeynallının bağırsağında olan bədxassəli şiş artıq “metastaz” verib, xərçəng qaraciyərinə yayılıb:

“Bu günlərdə kimyaterapiyaya başlayacaqlar”. 

N.Zeynallı həyat yoldaşının həbsdən azad olunması üçün kömək istəyib.

Xəzər
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью