Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub.
6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalistin xəstəliyi günbəgün ağırlaşır.
Onun vəziyyəti ilə bağlı artıq Prezidentə də müraciət olunub. Ə. Zeynallı bu diaqnozla əfv edilə bilərmi?
KONKRET.az xəbər verir ki, qanunvericiliyə əsasən, bir sıra xəstəliklərlə bağlı məhkumları cəzadan azad edilə bildiyini xatırladan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev “Yeni Sabah”a bildirib ki, bunun üçün hər şeydən əvvəl təyin olumuş komissiyanın rəyi olmalıdır: “Müəyyən xəstəliklərlə bağlı siyahı vardır ki, həmin xəstəliklərə tutulmuş şəxslər cəzadan azad edilə bilər.
Bunun üçün hər şeydən əvvəl Əfv Komissiyasının müvafiq rəyi olmalıdır.
Komissiyanın rəyi məhkəməyə təqdim olunduqdan sonra həmin rəyi nəzərə alaraq, məhkumun cəzadan azad edilməsi mümkündür.
Ümumiyyətlə, əfvlə bağlı məhkumların özləri, ailə üzvləri və vəkilləri müraciət edə bilər.