Əvəz Zeynallıdan yeni kitab marafonu

02.06.2026

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Selcanın məmləkəti” kitablar seriyasının oxucular tərəfindən böyük maraqla qarşılanan 5-ci cildi təkrar nəşr olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı məlumat verib.

O bildirib kiC kitab seriyasının ilk 5 cildini əhatə edən yeni kitab marafonuna start verib.

“Marafon 12, 13 və 14 iyun tarixlərində, hər gün saat 12:00-dan 17:00-dək Elmlər Akademiyasının bağında keçiriləcək”,- deyə o qeyd edib.

Qeyd edək ki, tədbir çərçivəsində oxucular kitablarla yaxından tanış olmaq, müəlliflərlə görüşmək və nəşrləri əldə etmək imkanı qazanacaqlar.

Həmçinin həmin tarixədək seriyaya aid daha bir yeni kitabın işıq üzü görməsi də gözlənilir.

Müəlliflərin sözlərinə görə, layihənin uğurunda oxucuların və tamaşaçıların dəstəyi mühüm rol oynayır:

“Biz oxucularımız və tamaşaçılarımızla güclüyük!”

Orxan
Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью