Əvəz Zeynallının dəfn tarixi məlum oldu

28.09.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallı sabah dəfn olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Musavat.com-a onun keçmiş vəkili Rəşad Vaqifoğlu məlumat verib.
R.Vaqifoğlu bildirib ki, hazırda jurnalistin vida mərasiminin harada keçiriləcəyi və hansı qəbiristanlıqda dəfn olunacağı məlum deyil.
Onun sözlərinə görə, Əvəz Zeynallının nəşi yuyulmaq üçün məscidə aparılır. Bundan sonra jurnalistin nəşi evinə gətiriləcək.
Qeyd edək ki, Əvəz Zeynallının xanımı Məlahət Zeynallı dəfn yerinin müəyyənləşdirilməsi ilə bağlı cavab gözlədiklərini bildirib.
Xatırladaq ki, Əvəz Zeynallı bu gün 56 yaşında vəfat edib. Jurnalist bir müddət idi ki, onkoloji xəstəliklə mübarizə aparırdı.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью