Əvəzedici komandalar üçün yeni təklif EKSKLÜZİV

11.06.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni mövsümdə Əvəzedicilər liqasının olub-olmayacağı hələ də bəlli deyil. Söylənilənlərə görə, İcraiyyə Komitəsinin növbəti iclasında gündəmə çıxarılacaq məsələlərdən biri də bu olacaq. O da bəllidir ki, ikinci komandaların arasında çempionatın keçirilib-keçirilməməsi ilə bağlı klublara sorğu göndərilib. AFFA elita təmsilçislərinin bununla bağlı mövqeyini əvvəlcədən öyrənməyi lazım bilib.

Məsələ ilə bağlı Sport24.az-a bilgi daxil olub. Mənbəmizin sözlərinə əsasən, AFFA rəhbərliyi "ikincilər" üçün ayrıca liqa təşkil etmək fikrində deyil. Əvəzedici komandanın qalmasını istəyənlər üçün yeni variant təklif olunub. Onlar I Liqada müsabiqədən kənar iştirak edə bilərlər. Bunun nə dərəcədə real olub-olmadığı qarşıdakı günlərdə bilinəcək.

Qeyd edək ki, başa çatan mövsümdə Əvəzedici liqanın qalibi "Sabah" olub.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью