Əvəzedici komandaya göndərilən legioner: “Cavadovla danışmışam və…”

21.11.2024

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Sumqayıt” Premyer Liqada 13 turdan sonra 13 xalla 7-ci sırada qərarlaşıb. “Kimyaçılar”ın legioneri Kristian Velinovski “FutbolPress“ə açıqlamasında nəticələri dəyərləndirdi:

“Komandanın yaxşı oynadığını düşünürəm. Düzdür, turnir cədvəlində bir az aşağıdayıq, amma yuxarılara qalxmaq potensialımız var və bunun olacağına inanıram. Yeni baş məşqçi gəlib və böyük dəyişiklik olmasa da, komandada canlanma var”.

Ötən il Azərbaycan Kubokunda “Lerik”lə matçda ayağı sınan və uzunmüddət yaşıl meydanlardan uzaq qalan cinah oyunçusu indi “Sumqayıt”ın əvəzedici komandası ilə oyuna çıxır. Futbolçu “dubllar”la oynamasını belə izah etdi:

“Mənim işim futbol oynamaqdır. Əvəzedici komandada fiziki gücümü bərpa etməyə çalışıram. Düşünürəm ki, burdakı matçların mənə faydası olub”.

Velinovski komandanın çalışdırıcısı Vaqif Cavadovla klubdakı taleyi haqda danışdığını bildirdi:

“Oynamaq istəyirəm və bununçün çalışıram. Cavadovla danışmışam və indi detalları söyləmək istəmirəm. Gələcəkdə necə olacağını görəcəyik”.

Velinovski bu mövsüm Premyer Liqada 2 oyunda şans qazanıb.

Şahin Cəfərov

Dünya futbolu, Əsas xəbərlər Sabiq “Sumqayıt”lı işsiz qaldı

18 Noyabr 2024, 15:19

Əsas xəbərlər, Ümumi idman “Sumqayıt”da üç ayrılıq

18 Noyabr 2024, 13:15

Əsas xəbərlər, Premyer liqa 13 turun “ən”ləri

14 Noyabr 2024, 12:49

Əsas xəbərlər, Manşet, Premyer liqa Tura baxış: “Araz-Naxçıvan” fürsəti boşa vermədi

11 Noyabr 2024, 8:02

Əsas xəbərlər, Ölkə futbolu, Premyer liqa “Mövsümün ən yaxşı oyunlarından birini keçirdik”

10 Noyabr 2024, 18:23

Əsas xəbərlər, Ölkə futbolu, Premyer liqa Kapitan: “Belə qələbələr bizə çox lazım idi”

4 Noyabr 2024, 15:46

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью