“Əvəzedicilər” 70 manat ödəyəcək

03.11.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qəbələ” və “İmişli”nin əvəzedici komandaları cərimələnib.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib:

30.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VIII turun “Qəbələ-2”– “Sabah-2” oyununda “Qəbələ-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Qəbələ-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

31.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VIII turun “Turan Tovuz-2”– “İmişli-2” oyununda “İmişli-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью