“Əvəzedicilər” də cərimələndi

11.03.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

9 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XIX turun "Sabah-2" – "Sumqayıt-2" oyununda "Sabah-2" komandasında 4 nəfər sarı vərəqə aldığı üçün "Sabah-2" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

9 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XIX turun "Sabah-2" – "Sumqayıt-2" oyununda "Sumqayıt-2" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Sumqayıt-2" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

9 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XIX turun "Şamaxı-2" – "Araz-Naxçıvan-2" oyununda "Şamaxı-2" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Şamaxı-2" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

9 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XIX turun "Şamaxı-2" – "Araz-Naxçıvan-2" oyununda "Araz-Naxçıvan-2" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Araz-Naxçıvan-2" komandası 70 manat cərimə edilsin (maddə 43.1).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью