Əvəzedicilər Liqası: “Qəbələ”dən 7 qol

04.11.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Əvəzedicilər Liqasında IX tura start verilib.

Futbolpress.az xəbər verir ki, günün ən məhsuldar matçında “Qəbələ-2” səfərdə “Araz-Naxçıvan-2″nin qonağı olub. 10 qolun vurulduğu qarşılaşmada “Qəbələ-2” rəqibini 7:3 hesabı ilə darmadağın edib. Qonaqların heyətində Qədir Ramazanov dubla imza atıb, Ömər Kərimov, Daniel Eşimoxay, Cuma Hüseynov, Hüseyn Xasməmmədli və Xəyyam Məmmədli hərəyə bir dəfə fərqləniblər. Meydan sahiblərindən isə Cavid Paşa, Turan Fətullayev və Nihat Mehralıyev təsəlli qollarını vurublar.

Günün digər görüşündə isə “Sumqayıt-2” səfərdə “Zirə-2″yə 2:1 hesabı ilə qalib gəlib. Qonaqlar birinci hissədə Emil Həsənov və Nihad Orucəlinin qolları ilə üstünlük qazanıblar. “Zirə-2″nin yeganə qolunu 70-ci dəqiqədə Rauf Qafarov vurub.

Qeydə alınan nəticələr:

Əvəzedicilər Liqası

IX tur

Zirə-2 – Sumqayıt-2 1:2

Qollar: Rauf Qafarov, 70 – Emil Həsənov, 29, Nihad Orucəli, 34

Araz-Naxçıvan-2 – Qəbələ-2 3:7

Qollar: Cavid Paşa, 63, Turan Fətullayev, 76, Nihat Mehralıyev, 89 – Ömər Kərimov, 22, Qədir Ramazanov, 27, 52, Daniel Eşimoxay, 29, Cuma Hüseynov, 32, Hüseyn Xasməmmədli, 47, Xəyyam Məmmədli, 71

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью