Əvəzedicilər Liqasında 2024/2025 mövsümünün qalibi bəlli olub

24.05.2025

Cbcsport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Əvəzedicilər Liqasında 2024/2025 mövsümünün qalibi bəlli olub.

Sonuncu - XXXVI turda doğma meydanda "Neftçi-2" komandası ilə bərabərə qalan (2:2) "Sabah-2" çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, hər iki kollektivin 69 xalı olsa da, "Sabah-2" cari mövsüm qazandığı qələbələrin sayına görə turnir cədvəlini birinci sırada başa vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью