Əvəzedicilər Liqasında çempionluq oyunu

23.05.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Əvəzedicilər Liqasında 2024/25 mövsümünün qalibi məlum olacaq.

Futbolpress.az xəbər verir ki, sonuncu turda lider “Sabah-2” “Neftçi-2” ilə üz-üzə gələcək. Görüşə saat 18:00-da start veriləcək.

Hər iki komandanın aktivində 68 xal var. Şəxsi oyunlara görə “Sabah-2” birinci pillədə qərarlaşıb. Bu səbəbdən “Bayquşlar”a heç-heçə də sərf edib. “Neftçi” isə mütləq qələbə üçün meydana çıxacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью