“Əvəzetmələr “Qarabağ”ın oyununu çox gücləndirdi” Kurban Berdiyev

17.10.2025

Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Turan Tovuz” Misli Premyer Liqasının 8-ci turunda “Azersun Arena”da “Qarabağ”a 1:2 hesabı ilə uduzub.

İdmanxeber.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Təəssüflər olsun ki, ikinci hissənin ilk 10 dəqiqəsində 2 qol buraxdıq. “Qarabağ” kimi komandaya qarşı oynamaq çətindir. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram.

– Son 15 dəqiqədə sanki komandada fiziki cəhətdən eniş var idi. Siz necə düşünürsünüz?

– Elə düşünmürəm. Fiziki baxımdan düşüş yox idi.

– İki hissə arasında hansı fərq var idi?

– Əvəzetmələr “Qarabağ”ın oyununu çox gücləndirdi. İkinci hissənin müəyyən qismində istədik ki, hesabı qoruyaq. Bu, bizə bir az mane oldu. Amma “Qarabağ”ın haqqını vermək lazımdır. Yaxşı oynadılar. 

– Əvəzetmələrdə gecikdiyinizi düşünmürsüz?

– Xeyr, belə planlaşdırmışdıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью