“Əvəzetmələrlə oyunu dəyişməyə çalışdıq, amma alınmadı” Azər Həşimov

05.10.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Karvan-Yevlax” bu gün Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sabah”la qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub. 

QOL.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırıb.

Həşimov bildirib ki, ikinci hissədə komandası hücum cəhdləri etsə də, nəticə əldə edə bilməyib:

“İkinci hissədə qol vurmaq üçün çalışdıq, qapı tirindən dönən topumuz oldu. Əvəzetmələrlə oyunu dəyişməyə çalışdıq, amma alınmadı. “Sabah”ı qələbə münasibətilə təbrik edirəm.”

O, qapıçı Kamran İbrahimovun çıxışını da dəyərləndirib:

“Kamran bu gün yaxşı oynadı. Bir penaltidən qol buraxdı, digər qol isə topun “doqquzluğa” daxil olması ilə oldu. Həmin vəziyyətdə başqa qapıçı da olsaydı, həmin qolu buraxacaqdı.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью