Əvəzləmələrin hesabına qələbə qazanmağa çalışsaq da... Unai Emeri

23.04.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində dünən baş tutan oyunda öz meydanında "Mançester Siti"yə 1:2 hesabı ilə uduzan "Aston Villa"nın baş məşqçisi Unai Emeri məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, 90+4-cü dəqiqədə qol buraxaraq heç-heçəni əldən verən Birmingem təmsilçisinin çalışdırıcısının sözlərini BBC belə çatdırıb:

"Biz oyunun ən sonunda uduzduq, amma layiqli çıxış sərgilədik. Heç-heçəyə çox yaxın idik. Əvəzləmələrin hesabına qələbə qazanmağa çalışsaq da, rəqib də eynisini etdi və qol vurmağı bacardı".

Qeyd edək ki, bu qələbə sayəsində xalllarının sayını 61-ə çatdıran MS turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub. 57 xalı olan "Aston Villa" isə 7-ci sıradadır.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью