Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Havalar soyuyan kimi hamı dərhal kombinin dərəcəsini qaldırır və ya qızdırıcılara yüklənir. Amma çox vaxt diqqətdən qaçan vacib məqam var. Ev nə qədər isti olsa da ayaq yerdən soyuq çəkirsə, o otaqda rahatlıq tapmaq mümkün deyil. Evdəki istilik itkisinin ən böyük "oğrusu" məhz döşəmələrdir.
Demokrat.az xəbər verir ki, binalarda soyuq hava adətən aşağıdan yuxarıya doğru hərəkət edir. Xüsusilə birinci mərtəbədə yaşayanlar, yaxud mənzilinin altında qaraj və zirzəmi olanlar bu dərdi yaxşı bilirlər. Döşəmə sanki buzun üstündəymişsən kimi soyuq olur. Bu soyuq təkcə ayaqları dondurmur, həm də mənzilin ümumi temperaturunu aşağı salır.
Son vaxtlar bu problemi həll etmək üçün maraqlı və əlçatan üsul populyarlaşıb. Xüsusi alüminium folqalı döşəməaltı örtüklər indi bir çox evin "xilaskarına" çevrilib. Bu örtükləri döşəməyə, hətta xalçanın altına sərməklə soyuq hava axınının qarşısını tamamilə kəsmək olur.
Bu örtüklər aşağıdan gələn soyuğu bloklayır, yuxarıdan gələn istini isə otağa geri qaytarır. Beləcə, həm otaq daha tez qızır, həm də ayağınızı yerə qoyanda o buz kimi soyuğu hiss etmirsiniz. Bu həm də o deməkdir ki, istilik sistemini ən son dərəcəyə qoymağa ehtiyac qalmır, bu da ayın sonunda qaz puluna qənaət kimi cibinizə qayıdır.
Bir sözlə, evi isitmək üçün təkcə radiatorlara güvənmək azdır. Bəzən kiçik izolyasiya örtüyü evdəki temperaturu tamamilə dəyişə bilir.
Kənan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Demokrat.az xəbər verir ki, binalarda soyuq hava adətən aşağıdan yuxarıya doğru hərəkət edir. Xüsusilə birinci mərtəbədə yaşayanlar, yaxud mənzilinin altında qaraj və zirzəmi olanlar bu dərdi yaxşı bilirlər. Döşəmə sanki buzun üstündəymişsən kimi soyuq olur. Bu soyuq təkcə ayaqları dondurmur, həm də mənzilin ümumi temperaturunu aşağı salır.