Evi özüm yandırdım ki, arvadıma, oğluma qalmasın

10.05.2025

Icma.az, News24 saytına istinadən bildirir.

Sumqayıtda 52-ci məhəllədə fərdi yaşayış evində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, yanğın nəticəsində altıotaqlı evin 1-ci mərtəbəsində 4 ədəd soyuducu, ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və taxta materiallar yanıb. 

Ev sahibi Zakir Qasımovun sözlərinə görə, evi özü yandırıb: “İstəmirəm ki, ev arvadıma, oğluma qalsın. 10 ildir ki, aramızda söz-söhbət var”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью