Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyədə evi yanan kişinin asılmış meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ordu rayonunun Ünye qəsəbəsində qeydə alınıb.
Səlahəddin Çamyara məxsus ikimərtəbəli evdə yanğın olub. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər.
Evdən 10 metr aralıda isə ağacdan Çamyarın asılmış meyiti tapılıb. Meyit müayinə üçün ekspertiza şöbəsinə aparılıb.
Hadisənin intihar yaxud qətl hadisəsi olması araşdırılır.