Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məşhur cütlük Kenan Doğulu və Beren Saat yeni xəbərlə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, onların Los-Ancelesdəki dəhşətli yanğından sonra mənzil planlarını dəyişib.
2025-ci ilin yanvarında baş verən yanğında Malibudakı 2,5 milyon dollarlıq villası tamamilə külə dönən cütlük, həmin ərazidə yenidən ev tikdirməkdən imtina edib.
Məlumata görə, sığorta ödənişini alan Berenlə Kenan üzünü artıq Hollivuda üz tutub.
Onların hazırda qiyməti 3 milyon dollardan başlayan lüks villalarla maraqlandığı və bəyəndikləri bir mülkü almağa hazırlaşdıqları bildirilir.
Xatırladaq ki, Los-Ancelesdəki dəhşətli yanğın zamanı Mel Qibson və Tom Henks kimi ulduzlarla qonşu olan cütlüyün təkcə evi deyil, daxildəki dəyərli əşyaları da məhv olmuşdu.
Kenan Doğulunun 1 milyon dollarlıq musiqi studiyası, xüsusi lent yazıları və kolleksiya gitaraları, həmçinin Beren Saatın gəlinliyi və 50-yə yaxın incəsənət əsəri yanaraq kül olmuşdu.