Evim elektrik naqillərindəki nasazlıqdan yanıb

15.11.2024

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Mənim evim elektirik naqillərindəki qısaqapanmadan yanıb. Bu yanğınla bağlı ikinci bir versiya yoxdur”.

Bunu Gununsesi.info-ya açıqlamasında sabiq baş prokuror, keçmiş səfir Eldar Həsənovun bacısının həyat yoldaşı Həsən Ağayev onlara məxsus villanın yanması barədə mediada gedən xəbərlərə münasibətində deyib.

Həsən Ağayev evlərinin qəsddən yandırılması barədə iddiaları təkzib edib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью