“Evimin külə döndüyünü canlı izlədim...” Video | Icma.az
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq. ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində yanğınlar davam edir.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, yanğınlar zamanı mindən çox ev yanıb, azı 5 nəfər ölüb.
Bu yanğınlarda amerikalı aktrisa və model Peris Hilton da zərər çəkib.
Belə ki, Hiltonun Los-Ancelesdəki Malibu çimərliyi sahilində olan evi tamamilə kül olub.
Aktrisa hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək bunları yazıb: “Ürəyim sözlərlə ifadə edilə bilməyəcək qədər qırılıb.
Ailəmlə oturmaq, xəbərlərə baxmaq və televiziyada canlı olaraq Malibudakı evimizin yandığını görmək heç kimin yaşamamalı olduğu bir hadisədir.
Bu ev çox qiymətli xatirələr qurduğumuz yer idi. Feniksin ilk addımlarını atdığı və Londonla bir ömür boyu xatirələr qurmağı xəyal etdiyimiz
İtki böyük olsa da, ailəmin təhlükəsiz olması məni sevindirir. Qəlbim və dualarım bu yanğınlardan zərər çəkən ailələrlədir.
Tam oxu
Xəbəri oxu