Evin həyətində qadın meyiti aşkar edildi

04.08.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Daşkəsəndə qadın meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Priverdilər kəndində baş verib.
 

Yaxınları 1981-ci il təvəllüdlü Sveta İsmayılovanın meyitini yaşadığı evin həyətində aşkar ediblər.


Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью