Evin həyətindən 1,5 metrlik ilan ÇIXDI

14.08.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Afyonkarahisar vilayətində evin həyətinə daxil olan təxminən 1,5 metr uzunluğunda ilan sakinlərə qorxulu anlar yaşadıb.

Redaktor.az xəbər verir ki, hadisə Kanlıca məhəlləsində baş verib.

Məlumata görə, evin həyətində ilan görən sakinlər dərhal yanğınsöndürmə briqadasına məlumat veriblər. Hadisə yerinə gələn əməkdaşlar qısa müddət davam edən əməliyyat nəticəsində təxminən 1,5 metr uzunluğunda olan ilanı tutublar.

İlanın uzunluğu ətrafdakı sakinlərin təəccübünə səbəb olub. Onun zəhərli olub-olmadığı isə müəyyənləşdirilməyib.

Yanğınsöndürmə briqadası tərəfindən tutulan ilan heç bir xəsarət yetirilmədən təhlükəsiz şəkildə təbii yaşayış mühitinə buraxılıb.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью